İngiltərədə avtobusun aşması nəticəsində xəsarət alanların sayı 37 nəfərə çatıb - YENİLƏNİB

İngiltərədə avtobusun aşması nəticəsində xəsarət alanların sayı 37 nəfərə çatıb - YENİLƏNİB Böyük Britaniyanın Devon qraflığında ikimərtəbəli avtobusun aşması nəticəsində yaralanan şəxslərin sayı 37 nəfərə çatıb.
Digər ölkələr
6 Oktyabr , 2019 04:30
İngiltərədə avtobusun aşması nəticəsində xəsarət alanların sayı 37 nəfərə çatıb  - YENİLƏNİB

Böyük Britaniyanın Devon qraflığında ikimərtəbəli avtobusun aşması nəticəsində yaralanan şəxslərin sayı 37 nəfərə çatıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Devon və Kornuol üzrə polis idarəsi məlumat yayıb. Qeyd olunub ki, 8 nəfərin xəsarətləri ciddidir.

Qəzanın səbəbləri hələlik məlum deyil. Avtobus sürücüsünün həbs olunmadığı, qəzanın səbəblərinin araşdırılmasında kömək etdiyi qeyd olunub.


***20:20. 05.10.2019

Böyük Britaniyanın Devon qraflığında ikimərtəbəli avtobus aşıb.

“Report” xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, qəza A385 magistral yolunda baş verib. Belə ki, avtobus yoldan çıxaraq sahəyə aşıb. Qəza yerinə gələn xilasedicilər yolu bağlayıb, avtobusun salonundan sərnişinləri xilas ediblər.

On nəfərə tibbi yardım göstərilib. Zərərçəkənlərdən birinin vəziyyəti ağırdır. Avtobusun Plimut şəhərinə sərnişin daşıdığı məlum olub.

Son xəbərlər

Orphus sistemi