İngiltərə
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin saytında dərc olunub.
İngiltərə Müdafiə naziri Ben Uollas bildirib ki, 2023-cü ildən zirehli transportyorların alınmasına başlanılacaq.
İlkin mərhələdə “Boxer” zirehli transportyorları bir neçə konfiqurasiyada, o cümlədən baza nəqliyyatı, komandanlıq postu, tibbi evakuasiya, eyni zamanda, müxtəlif silahların quraşdırılması üçün əlavə avadanlıqlarla birgə alınacaq.
BTR “Boxer”, Almaniyanın “Rheinmetall” və “Krauss-Maffei Wegmann” şirkətləri tərəfindən istehsal olunur.