Yuxarı
    Bağlamaq

    İndoneziya hərbi hava qüvvələrinin komandanı: "Qəzaya uğrayan təyyarədə 113 nəfər olub" - YENİLƏNİB

    Onlardan sağ qalan olmayıb

    Bakı. 30 iyun. REPORT.AZ/ "İndoneziyada qəzaya uğrayan təyyarədə sağ qalan olmayıb". "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İndoneziyanın hərbi hava qüvvələri komandanı Aqust Supriyatna yerli televiziyaya müsahibəsində deyib. 

    O bildirib ki, qəzaya uğrayan hərbi "C-130 Hercules" təyyarəsində 113 nəfər olub, onlardan 12-si heyət üzvü, qalanları isə sərnişlərdir.

    *** 12:16

    ABŞ istehsalı olan və İndoneziyaya məxsus Hercules C-130 hərbi-nəqliyyat təyyarəsi Şimali Sumatra əyalətinin paytaxtı Medan şəhərində qəzaya uğrayıb.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin HHQ rəsmisi general-mayor Fuad Basya bildirib.

    Qəzaya uğrayan təyyarə otelin və yaşayış binalarının yerləşdiyi əraziyə düşüb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, qəza nəticəsində ən azı 30 nəfər həlak olub.

    Təyyarə ekipajının taleyi hələ məlum deyil. Qəza yerində yanğın davam edir, onlarla yanğınsöndürən maşın alovu söndürməyə çalışır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi