İndoneziyada turist avtobusu dərəyə aşıb, 17 nəfər ölüb, onlarla insan yaralanıb

İndoneziyada turist avtobusu dərəyə aşıb, 17 nəfər ölüb, onlarla insan yaralanıb Bakı. 8 sentyabr. REPORT.AZ/ İndoneziyada ağır yol qəzası baş verib.
Digər ölkələr
8 Sentyabr , 2018 15:29
İndoneziyada turist avtobusu dərəyə aşıb, 17 nəfər ölüb, onlarla insan yaralanıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ İndoneziyada ağır yol qəzası baş verib. 

"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə Qərbi Yava əyalətinin Skabumi şəhərində qeydə alınıb. 

Belə ki, turistləri daşıyan avtobusun 30 metr dərinliyindəki dərəyə aşması nəticəsində azı 17 nəfər ölüb, onlarla insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. 

Xəbərdə qeyd olunub ki, avtobus “Catur Putra Group” və “Honda” şirkətlərinin əməkdaşlarını turistlər arasında populyar olan çaya aparırmış.

Qəzaya sürücünün idarəetməni itirməsinin səbəb olduğu bildirilir. 

Son xəbərlər

Orphus sistemi