İndoneziyada törədilən partlayışlarda ölənlərin sayı 6 nəfərə çatıb, daha 35 nəfər yaralanıb - YENİLƏNİB-3

İndoneziyada törədilən partlayışlarda ölənlərin sayı 6 nəfərə çatıb, daha 35 nəfər yaralanıb - YENİLƏNİB-3 Partlayışlar nəticəsində 4 nəfər ölüb
Digər ölkələr
13 May , 2018 08:07
İndoneziyada törədilən partlayışlarda ölənlərin sayı 6 nəfərə çatıb, daha 35 nəfər yaralanıb - YENİLƏNİB-3

Bakı. 13 may. REPORT.AZ/ İndoneziyanın Yava adasında törədilən partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 35 nəfər xəsarıt alıb.  


***07:32

İndoneziyanın Surabaya şəhərində, Müqəddəs Məryəm kilsəsində törədilən partlayış nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Detik News" məlumat yayıb.

Məlumatda bildirilir ki, partlayışlardan birini terrorçu kamikadze törədib. Ölkənin qərb ərazisində də avtomobil partladılıb. Habelə məbədlərdən birində törədilən partlayışdan sonra bir neçə maşın və onlarla motosiklet yanıb. 

Partlayışların hansı qüvvələr tərəfindən törədildiyi hələ məlum deyil.


***07:10

İndoneziyanın Yava adasında törədilən partlayış nəticəsində xəsarət alanların sayı 13 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə yerli "Jakarta Globe" qəzeti Şərqi Yavanın polis nümayəndəsinə istinadən məlumat yayıb. 

Polis nümayəndəsinin sözlərinə görə, birinci partlayış Müqəddəs Məryəm kilsəsində törədilib. Kamikadzenin özünü partlatması nəticəsində bir zəvvar və terrorçu ölüb. Hadisə zamanı 2 polis əməkdaşı və daha 11 nəfər yaralanıb. 

O, qeyd edib ki, daha 2 kilsədə də partlayışlar törədilib. Lakin bu partlayışlarda xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.


***06:15

İndoneziyanın Surabaya şəhərində, Müqəddəs Məryəm kilsəsində partlayış törədilib.

"Report" xəbər verir ki, bu barədə "Suara" radiostansiyası məlumat yayıb.

Məlumata görə, hadisə Yava adasında, yerli vaxtla saat 06:30-da baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.

Hadisə ilə əlaqədar kilsənin ətrafındakı yollar bağlanıb.

Həmçinin qeyd edilir ki, şəhərdəki digər kilsədə də partlayış törədilib. İkinci hadisə zamanı xəsarət alanların sayı barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi