Bakı. 30 iyun. REPORT.AZ/ İndoneziyaya məxsus Hercules C-130 hərbi-nəqliyyat təyyarəsinin Şimali Sumatra əyalətinin paytaxtı Medan şəhərində qəzaya uğrayaraq hotel və yaşayış binalarının üzərinə düşməsi nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb. "Report" Frans-Press Agentliyinə istinadən xəbər verir ki, bu barədə
"Biz 38 cəsəd aşkarlamışıq, onlardan biri uşaqdır", - Medan xəstəxanası xilasetmə qrupunun üzvü Eko Triandi bildirib. Xəstəxana rəsmisi bildirib ki, məlumatlara görə, qəza yerində qurbanların sayının artacağı gözlənililr.
Xatırladaq ki, bir qədər əvvəl 30 nəfərin həlak olduğu haqda məlumat verilirdi.
Təyyarə qəzası İndoneziyanın üçüncü ən böyük şəhəri olan Medanda baş verib. Hotel əməkdaşları iddia edirlər ki, təyyarə hotel binasının üzərində partlayıb. C-130 təyyarəsinin qalıqları iki evi və elektrik xətlərini zədələyib.
İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 12 ekipaj üzvü və sərnişinlər olub. Onların dəqiq sayı hələ məlum deyil.