Bakı. 24 dekabr. REPORT.AZ/ İndoneziyanın Açex əyalətində yağan leysan yağışlar ucbatından 120 mindən çox sakin öz evini tərk etməyə məcbur olub.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, İndoneziyanın fövqəladə hallar naziri Sutopo Nuqroho Açex əyalətinin 7 rayonunun su altında qaldığını deyib. Onun sözlərinə görə, ən çox ziyan ölkənin şimalına dəyib, orada suyun səviyyəsi 4 metrə çatıb.
Təbii fəlakətin qurbanlarının sayı hələlik məlum deyil.
Daşqınlar 2004-cü il dekabrın 26-da Hind okeanında baş vermiş sunaminin 10-cu ildönümünə təsadüf edib.
Həmin vaxt 130 min insan təbii fəlakətin qurbanı olmuşdu.