Bakı. 24 oktyabr. REPORT.AZ/ İndoneziyada baş verən güclü meşə yanğını nəticəsində azı 10 nəfər həyatını itirib.
"Report" "France Press"ə istinadən xəbər verir ki, bu haqda yerli hakimiyyət nümayəndələri bildirib.
Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə mərkəzin başçısı Sutopo Purvo Nuqroho deyib ki, bir neçə nəfər yanğını söndürərkən ölüb.
Onun sözlərinə görə, meşə yanğınları nəticəsində birbaşa və ya dolayı yolla Sumatre və Kalimantanedə 10 nəfər ölüb.