İndoneziyada koronavirusa rekord sayda yoluxma qeydə alınıb

İndoneziyada koronavirusa rekord sayda yoluxma qeydə alınıb İndoneziyada COVID-19 virusuna gündəlik yoluxma sayında rekord qeydə alınıb.
Digər ölkələr
27 İyun , 2020 15:37
İndoneziyada koronavirusa rekord sayda yoluxma qeydə alınıb

İndoneziyada COVID-19 virusuna gündəlik yoluxma sayında rekord qeydə alınıb.

“Report” “Xinhua”ya istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Axmad Yurianto tərəfindən mətbuat konfransında verilən məlumata görə, son sutkada ölkədə yoluxanların sayı daha 1 385 nəfər artaraq 52 812-yə, ölənlərin sayı isə 37 nəfər artaraq 2 720-yə çatıb.

Ölkənin Cakarta, Mərkəzi Yava, Şərqi Yava, Bali, Cənubi Sulavesi əyalətlərində də ayrı-ayrılıqda rekord gündəlik yoluxma qeydə alınıb.

Həmçinin sağalanların da sayı 576 nəfər artaraq 21 909 nəfərə yüksəlib.

Son xəbərlər

Orphus sistemi