İndoneziyada hökumət və səfirlik binalarına hücum etməyi planlaşdıran şəxs həbs edilib

İndoneziyada hökumət və səfirlik binalarına hücum etməyi planlaşdıran şəxs həbs edilib 23 yaşlı Rio Britatn Vibav İndoneziyanın İŞİD-lə əlaqəsi olan qruplaşmasının üzvüdür
Digər ölkələr
26 Noyabr , 2016 07:49
İndoneziyada hökumət və səfirlik binalarına hücum etməyi planlaşdıran şəxs həbs edilib

Bakı. 26 noyabr. REPORT.AZ/ İndoneziya polisi paytaxt Cakartadakı hökumət binalarına və Myanmanın bu ölkədəki səfirliyinə hücum etməyi planlaşdıran şəxsi həbs edib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" polisin mətbuat xidmətinə istinadən xəbər verib.

Məlumata görə, 23 yaşlı Rio Britatn Vibav İndoneziyanın İŞİD-lə əlaqəsi olan qruplaşmasının üzvüdür. Agentliyin xəbərində bildirilir ki, polis ondan bomba hazırlamaq üçün çoxlu sayda material müsadirə edib.

Yerli medianın yazdığı xəbərdə bildirilir ki, müsadirə edilmiş partlayıcı maddələrin sayı 2002-ci ildə Balidəki klubda baş vermiş və 202 nəfərin həyatına son qoymuş partlayışdan 2 dəfə güclüdür.

Son xəbərlər

Orphus sistemi