İndoneziyada hakerlərin COVID-19 test məlumatları bazasına hücumu araşdırılır

İndoneziyada hakerlərin COVID-19 test məlumatları bazasına hücumu araşdırılır İndoneziya hökuməti 230 min insanın COVID-19 ilə balı test məlumatlarının saxlandığı hökumət bazasına ehtimal olunan haker hücumunu araşdırır.
Digər ölkələr
22 İyun , 2020 12:05
İndoneziyada hakerlərin COVID-19 test məlumatları bazasına hücumu araşdırılır
google

İndoneziya hökuməti 230 min insanın COVID-19 ilə balı test məlumatlarının saxlandığı hökumət bazasına ehtimal olunan haker hücumunu araşdırır.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Straits Times” qəzeti məlumat yayıb.

Xatırladaq ki, daha əvvəl KİV-də naməlum hakerin COVID-19 testindən keçən 230 min insanın məlumatlarını özündə cəmləşdirən hökumət bazasına qanunsuz giriş etdiyi barədə məlumatlar yayılıb. Özünü “Database Shopping” adlandıran haker “Raid Forums” platformasında verilənlər bazasını satışa çıxarıb. Özü də o, bütün bu məlumatlara məbləğ kimi 300 ABŞ dolları təyin edib.

Amma İndoneziya hökuməti ölkə sakinlərinin məlumatlarının şəbəkəyə sızması barədə yayılan məlumatları təkzib edib. 

Ölkənin Rabitə və İnformasiya naziri Conni Pleyt bildirib ki, rəhbərlik etdiyi qurum Milli Kibertəhlükəsizlik Agentliyi ilə birlikdə sızma ilə bağlı məlumatları araşdırır. 

Son xəbərlər

Orphus sistemi