Yuxarı
    Bağlamaq

    İndoneziyada daşqına görə 100 mindən çox insan evlərini tərk edib

    Regionda yanvarın 4-nə kimi fövqəladə hal elan edilib

    Bakı. 24 dekabr. REPORT.AZ/ İndoneziyanın mərkəzi hissəsində baş verən daşqın səbəbindən 100 mindən çox insan evlərini tərk edib. Bu barədə "Report" "Sinxua" nəşrinə istinadən xəbər verir.

    Daşqın, əsasən hava limanının bağlanmasına səbəb olub, infrastruktura çoxlu ziyan dəyib: 20 mindən çox ev, iki körpü və 60-dan çox tibbi müəssisə zərər çəkib. Təbii fəlakət kommunikasiya xətlərini dağıdıb, enerji təchizatı pozulub.

    Regionda yanvarın 4-nə kimi fövqəladə hal elan edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi