Yuxarı
    Bağlamaq

    ​İndoneziyada beş ayda iki milyon hektardan çox meşə yanıb

    Yanğınlar davam etdiyindən bu rəqəm artacaq

    Bakı. 4 noyabr. REPORT.AZ/ Son 5 ay ərzində İndoneziyada 2 milyon hektardan çox meşə sahəsi yanaraq məhv olub.

    "Report" "Today Online"yə istinadən xəbər verir ki, müvafiq məlumatlar Milli Kosmik və Aviasiya Agentliyi tərəfindən açıqlanıb.

    Cari ilin 21 iyun tarixindən 20 oktyabra qədər olan dövr ərzində toplanmış peyk məlumatlarına görə, 2 milyn 089 min 911 hektar meşə sahəsi külə dönüb.

    İdarənin rəsmi nümayəndəsi Parvati Sofanın sözlərinə görə, yanan meşə sahələri artacaq, çünki yanğınlar, xüsusilə də Kalimantan və Sumatrada davam etməkdədir. Bundan əlavə, peyk qatı tüstüyə bürünmüş sahələri gözdən keçirə bilmir. Hazırda məlumatların toplanması davam edir. Onlar hər on gündən bir yenilənir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi