İndoneziyada bərənin qəzaya uğraması nəticəsində 24 nəfər ölüb

İndoneziyada bərənin qəzaya uğraması nəticəsində 24 nəfər ölüb Bakı. 4 iyul. REPORT.AZ/ Çərşənbə axşamı İndoneziyanın Sulavesi adasında bərənin qəzaya uğraması nəticəsində üçü uşaq olmaqla 24 nəfər həyatını itirib.
Digər ölkələr
4 İyul , 2018 04:45
İndoneziyada bərənin qəzaya uğraması nəticəsində 24 nəfər ölüb

Bakı. 4 iyul. REPORT.AZ/ Çərşənbə axşamı İndoneziyanın Sulavesi adasında bərənin qəzaya uğraması nəticəsində üçü uşaq olmaqla 24 nəfər həyatını itirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Təbii Fəlakətlərin Aradan Qaldırılması üzrə Milli Agentliyinin nümayəndəsi Sutopo Purvo Nuqroxoya istinadən "Franc-Press" məlumat yayıb.

"Sərnişinlər hələ də, yağış və dalğaların hündür olması səbəbindən göyərtədədirlər. Təxliyyə davam edir", - deyə o bildirib.

Onun sözlərinə görə, xilasedicilər 74 nəfəri xilas də biliblər, daha 41 nəfərin aqibəti məlum deyil.

Son xəbərlər

Orphus sistemi