İndoneziyada bərə batıb, 128 nəfər itkin düşüb

İndoneziyada bərə batıb, 128 nəfər itkin düşüb Bakı. 19 iyun. REPORT.AZ/ İndoneziyada bərənin batması nəticəsində 128 nəfər itkin düşüb.
Digər ölkələr
19 İyun , 2018 16:28
İndoneziyada bərə batıb, 128 nəfər itkin düşüb

Bakı. 19 iyun. REPORT.AZ/ İndoneziyada bərənin batması nəticəsində 128 nəfər itkin düşüb.

“Report” “Ajanshaber”ə istinadən xəbər verir ki, qəza iyunun 19-da Sumatra adasının şimalında - Medan rayonu yaxınlığındakı Toba gölündə baş verib.

Məlumata görə, axtarış-xilasetmə işləri davam etdirilir.

İndoneziyanın Fövqəladə Hallar Nazirliyinin sözçüsü Sutopo Purvo Nurgroho bərədəki sərnişinlərin siyahısı tapılmadığından itkin düşənlərin sayının çox olacağından ehtiyatlandıqlarını bildirib.

Qəzanın səbəbi araşdırılır. 

Son xəbərlər

Orphus sistemi