İndoneziyada baş vermiş ağır yol qəzasında onlarla insan ölüb

İndoneziyada baş vermiş ağır yol qəzasında onlarla insan ölüb Bakı. 10 fevral. REPORT.AZ/ İndoneziyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində onlarla insan ölüb.
Digər ölkələr
10 Fevral , 2018 20:10
İndoneziyada baş vermiş ağır yol qəzasında onlarla insan ölüb
Foto: Ria.ru

Bakı. 10 fevral. REPORT.AZ/ İndoneziyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində onlarla insan ölüb.

"Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.

Yerli polisdən agentliyə verilən məlumatda qeyd edilir ki, hadisə Yava adasında baş verib. Belə ki, sərnişin avtobusu motosikletlə toqquşub. Qəza zamanı avtobus bir neçə dəfə aşıb. Nəticədə azı 27 nəfər ölüb.

Hadisə zamanı avtobusda 40-dan çox sərnişin olub.  

Son xəbərlər

Orphus sistemi