İndoneziyada baş verən zəlzələdə ölən və yaralananların sayı artıb - VİDEO - YENİLƏNİB-3

İndoneziyada baş verən zəlzələdə ölən və yaralananların sayı artıb - VİDEO - YENİLƏNİB-3 Bakı. 29 iyul. REPORT.AZ/ İndoneziyada baş verən zəlzələdə ölənlərin və yaralananların sayı artıb.
Digər ölkələr
29 İyul , 2018 07:26
İndoneziyada baş verən zəlzələdə ölən və yaralananların sayı artıb - VİDEO - YENİLƏNİB-3

Bakı. 29 iyul. REPORT.AZ/ İndoneziyada baş verən zəlzələdə ölənlərin və yaralananların sayı artıb.

"Report" Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, zəlzələdə ölənlərin sayı 12 nəfərə çatıb.

Bildirilir ki, xəsarət alanların sayı isə hələki 40-dır.


***07:26

Bakı. 29 iyul. REPORT.AZ/ İndoneziyada baş verən zəlzələdə ölənlərin və yaralananların sayı artıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Channel News Asia" Fəlakətlərin Aradan Qaldırılması Agentliyinə istinadən məlumat yayıb. 

Məlumata görə, təbii hadisə zamanı 10 nəfər ölüb. Onların ölümünə nəyin səbəb olduğu açıqlanmır. Agentlik bildirib ki, zəlzələ zamanı azı 20 nəfər xəsarət alıb. 

Qeyd edək ki, yeraltı təkanlar əhalinin sıx yaşadığı Lombok adasında, yerli vaxtla saat 6:47-də qeydə alınıb. Zəlzələ ocağı 7,5 kilometr dərinlikdə yerləşib.


***05:37

İndoneziyada zəlzələ olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar əhalinin sıx yaşadığı Lombok adasında, yerli vaxtla saat 6:47-də qeydə alınıb. Zəlzələ ocağı 7,5 kilometr dərinlikdə yerləşib.

İlkin məlumata görə, zəlzələ zamanı 3 nəfər ölüb. Təbii hadisə nəticəsində dağıntılar da baş verib.

Son xəbərlər

Orphus sistemi