İndoneziyada 5,6 bal gücündə zəlzələ baş verib

İndoneziyada 5,6 bal gücündə zəlzələ baş verib Dağıntı və ya tələfat barəsində məlumat verilmir
Digər ölkələr
16 Fevral , 2017 01:58
İndoneziyada 5,6 bal gücündə zəlzələ baş verib

Bakı. 16 fevral. REPORT.AZ/ İndoneziyanın Sumatra adasında 5,6 bal gücündə zəlzələ baş verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 19:47-də, Sumatra adasının şimalında, Reul (Reuleuet) yaşayış məntəqəsinin 3 kilometr qərbində qeydə alınıb. Zəlzələ ocağı 43,8 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barəsində məlumat verilmir. 

Qeyd edək ki, İndoneziya Yer kürəsinin ən seysmik zonasında yerləşir. 

Son xəbərlər

Orphus sistemi