İndoneziyada 5,5 bal gücündə zəlzələ olub

İndoneziyada 5,5 bal gücündə zəlzələ olub Hələlik tələfat və dağıntı barədə məlumat yoxdur
Digər ölkələr
15 Avqust , 2017 06:01
İndoneziyada 5,5 bal gücündə zəlzələ olub

Bakı. 15 avqust. REPORT.AZ/ İndoneziyada 5,5 bal gücündə zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" ABŞ-ın Geologiya Xidmətinə istinadən məlumat yayıb.  

Yeraltı təkanlar yerli vaxtla saat 23:49-da qeydə alınıb. Zəlzələnin episentri Abepur yaşayış məntəqəsindən 141 kilometr cənub-qərbdə, zəlzələ ocağı 36,5 kilometr dərinlikdə yerləşib.

Hələlik tələfat və dağıntı barədə məlumat yoxdur. 

Son xəbərlər

Orphus sistemi