İndoneziyada 5,3 bal gücündə zəlzələ olub

İndoneziyada 5,3 bal gücündə zəlzələ olub Dağıntı və ya tələfat barəsində məlumat verilmir
Digər ölkələr
18 Sentyabr , 2016 12:34
İndoneziyada 5,3 bal gücündə zəlzələ olub

Bakı. 18 sentyabr. REPORT.AZ/ İndoneziyanın şərqində 5,3 bal gücündə zəlzələ baş verib.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" Meteorologiya, İqlimşünaslıq və Geofizika Milli İdarəsinə istinadən xəbər yayıb.

Məlumata görə, yeraltı təkanların episentri ölkənin paytaxtından 71 kilometr şimal-qəbdə, Papua vilayətinin Cayapura şəhərində, zəlzələ ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.

Yerli ekspertlər sunami təhlükəsinin gözlənilmədiyini bildiriblər.

Dağıntı və ya tələfat barəsində məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi