Yuxarı

İndoneziyada 13 turist vulkan püskürməsindən sonra itkin düşüb

Onların arasında xarici ölkə vətəndaşları da var

Bakı. 2 oktyabr. REPORT.AZ/ İndoneziyada 13 turist vulkan püskürməsindən sonra itkin düşüb.

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər yayıb.

Məlumatda bildirilir ki, turistlər Barudjar vulkanının püskürməsindən sonra yoxa çıxıblar. Onların arasında xarici ölkə vətəndaşları da var.

"Turistlərin çoxu ərazidən təxliyə edilib. Lakin 13 turist hələ də geri qayıtmayıb" – deyə xilasetmə xidmətinin rəhbəri Aqunq Pramudja bildirib.

Qeyd edək ki, İndoneziyanın Lombok adasındakı Barudjar vulkanı çərşənbə axşamı püskürüb. Bu səbəbdən də ərazidən 1,1 min nəfər təxliyə edilib.

Vulkanın külü 2 kilometr yüksəkliyə atması səbəbindən bu əraziyə hava reysləri müvəqqəti olaraq təxirə salınıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi