Yuxarı

​İndoneziyada 12 nəfər qızıl mədənindəki uçqunun altında qalıb

Hadisə yerində xilasedicilər fəaliyyət göstərir

Bakı. 28 oktyabr. REPORT.AZ/ İndoneziyanın Yava adasında qanunsuz qızıl hasilatı mədənində baş verən uçqunun altında azı 12 nəfər qalıb.

"Report" "Sinxua"ya istinadən xəbər verir ki, bu haqda yerli polis şöbəsinin rəisi Udcivala Prana Sigit bildirib.

Onun sözlərinə görə, hadisə gecə saatlarında Qərvi Yava əyalətində baş verib.

"Onların hamısı ölə bilərdi. Ancaq şaxtaya hava axını buna mane olub", - polis söyləyib.

U.P.Sigit əlavə edib ki, mədənçilər 10-30 metrədək dərinlikdədir.

Məlumatda bildirilib ki, hadisə yerində xilasedicilər fəaliyyət göstərir.

Yerli hakimiyyət mədəni bir ay öncə bağlasa da, şaxtaçılar qanunsuz olaraq işləməyə davam ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi