İndoneziya sahillərində sutka ərzində ikinci güclü zəlzələ baş verib - YENİLƏNİB

İndoneziya sahillərində sutka ərzində ikinci güclü zəlzələ baş verib - YENİLƏNİB Dağıntı və tələfat barədə məlumat yoxdur
Digər ölkələr
290
26 Mart , 2018 02:57
İndoneziya sahillərində sutka ərzində ikinci güclü zəlzələ baş verib - YENİLƏNİB

Bakı. 26 mart. REPORT.AZ/ İndoneziya sahillərində 6,4 maqnituda gücündə zəlzələ baş verib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə 00:15-də qeydə alınıb. Zəlzələnin episentri Maluku əyalətinin Saumlaki yaşayış məntəqəsindən 214 km şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı yerin 171 km dərinliyində olub.

Mümkün dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.


***17:28

Bakı. 25 mart. REPORT.AZ/ İndoneziyanın Barat-Daya adalar qrupu yaxınlığında 5,6 maqnituda zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə bazar günü ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların ocağı 149, 4 km. dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Orphus sistemi