Bakı. 17 yanvar. REPORT.AZ/ Bu gün İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.
"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Namlea şəhərindən 68 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 46.4 km dərinlikdə qeydə alınıb.
Xəsarət alanlar və dağıntılar haqda məlumat verilməyib. Sunami xəbərdarlığı elan edilməyib.