​İndoneziya rəsmiləri "AirAsia"ya aid qırıntıların tapıldığını bildirib

​İndoneziya rəsmiləri "AirAsia"ya aid qırıntıların tapıldığını bildirib Onların bildirdiyinə görə, 10 böyük və çoxlu sayda kiçik əşya təsbit edilib
Digər ölkələr
30 Dekabr , 2014 11:54
​İndoneziya rəsmiləri AirAsiaya aid qırıntıların tapıldığını bildirib

Bakı. 30 dekabr. REPORT.AZ/ İndoneziyanın Surabaya adasından Sinqapura uçarkən qəzaya uğramış "AirAsia" sərnişin təyyarəsinin qırıntılarının tapıldığı haqda yeni iddialar irəli sürülüb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, İndoneziya Hava Qüvvələrinin məsulu Aqus Dvi Putranto təyyarəsinin axtarışı ilə bağlı keçirdiyi mətbuat konfransında "10 böyük əşya və bundan başqa çoxlu sayda ağ rəngli nəsnələr" təsbit etdiklərini bildirib.

Bu açıqlamadan bir saat sonra İndoneziya Mülki Aviasiya təşkilatının baş direktoru Djoko Murajatmodjo həmin əşyaların "AirAsia"ya aid olduğuna dair rəsmi bəyanat verib.

Xatırladaq ki, "AirAsiaA320-200" 7 nəfərlik ekpaj üzvü və 155 sərnişinlə dekarbın 29-da havaya qalxandan 50 dəqiqə sonra qəzaya uğrayıb. 

Son xəbərlər

Orphus sistemi