İndoneziya koronavirusa görə vizasız rejimi dayandırır

İndoneziya koronavirusa görə vizasız rejimi dayandırır İndoneziya hökuməti yeni koronavirusun yayılması ilə bağlı martın 20-dən vizasız rejimi dayandıracaq.
Digər ölkələr
17 Mart , 2020 19:02
İndoneziya koronavirusa görə vizasız rejimi dayandırır

İndoneziya hökuməti yeni koronavirusun yayılması ilə bağlı martın 20-dən vizasız rejimi dayandıracaq.

“Report” ölkə hökumətinin rəsmi saytına istinadən xəbər verir ki, qarşıdakı bir ay müddətində qısamüddətli səfərlərin, həmçinin diplomatik və iş səfərlərinin vizasız yerinə yetirilməsi qaydası qüvvədən düşür.

Belə ki, ölkəyə gəlmək istəyən əcnəbilər səfərin məqsədinə uyğun olaraq viza almalıdırlar. Viza alarkən müvafiq qaydada verilmiş tibbi arayış da təqdim ediləcək. Üstəlik, ölkə ərazisinə daxil olduqda hava limanında xüsusi səhhət kartı doldurulmalıdır.

Xatırladaq ki, İndoneziya hökuməti 2015-ci ilin noyabr ayından Azərbaycan vətəndaşları üçün turist vizasını ləğv etmişdi.

Həmçinin son 14 gün ərzində İranda, İtaliyada, Vatikanda, İspaniyada, Fransada, Almaniyada, İsveçrədə, Böyük Britaniyada olmuş şəxslərin İndoneziya ərazisinə girişi və ya tranzit keçməsi qadağan olunur.

Son məlumata görə, İndoneziyada COVİD-19 virusuna yoluxanlar 172 nəfərdir, 5 nəfər də dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi