İl yarım ərzində BMT-nin 42 ölkədən olan 140 üzvü ölüb

İl yarım ərzində BMT-nin 42 ölkədən olan 140 üzvü ölüb BMT baş katibi: "Bəzən əməkdaşlarımız məhz bizim işçilərimiz olduğuna görə hədəfə çevrilirlər"
Digər ölkələr
20 Aprel , 2018 09:37
İl yarım ərzində BMT-nin 42 ölkədən olan 140 üzvü ölüb

Bakı. 20 aprel. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatı (BMT) 2016-cı ilin iyul ayından 2017-ci ilin dekabr ayına qədər 42 ölkədən olan 140 əməkdaşını itirib. Onlar arasında 123 hərbçi, 3 polis və 14 mülki işçi var.

"Report" xəbər verir ki, BMT-də keçirilən xatirə gecəsində onların hər birinin adı çəkilərək anılıb.

BMT Baş katibi Antoniu Quterriş çıxışında bildirib ki, həyatını sülhə xidmət etməyə sərf edən təşkilat işçiləri günbəgün təhlükəylə, özü də çox vaxt ölümcül təhlükə ilə üzləşirlər. Onun sözlərinə görə, təşkilat yarandığı gündən bəri 3500-dən çox işçini itirib.

Ən böyük faciələrdən biri 2003-cü ildə Bağdadda törədilmiş terror hücumu olub. İnsident nəticəsində 23 nəfər, o cümlədən BMT-nin İraqdakı xüsusi nümayəndəsi Serjiu Vieyra Di Mello ölüb.

"Bəzən əməkdaşlarımız məhz bizim işçilərimiz olduğuna görə hədəfə çevrilirlər", - baş katib deyib. 

Onun sözlərinə görə, təşkilatın əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün göstərdiyi bütün cəhdlərə baxmayaraq, onlar hər zaman sülhməramlı səylərə qarşı çıxanlar tərəfindən təhdid altında olurlar.

Son xəbərlər

Orphus sistemi