İD silahlıları Suriya paytaxtındakı qaçqın düşərgəsinə daxil olublar

İD silahlıları Suriya paytaxtındakı qaçqın düşərgəsinə daxil olublar İD döyüşçüləri ilə düşərgədəki qruplar arasında toqquşma baş verib
Digər ölkələr
1 Aprel , 2015 21:12
İD silahlıları Suriya paytaxtındakı qaçqın düşərgəsinə daxil olublar

Bakı. 1 aprel. REPORT.AZ/ Terrorçu İslam Dövləti təşkilatına aid silahlı şəxslər Dəməşqdəki “Yarmuk” Fələstin qaçqın düşərgəsinə daxil olublar. "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, məlumatı fələstinli rəsmilər də təsdiqləyib.

Xəbər verilir ki, düşərgənin böyük bir hissəsini zəbt edən İD döyüşçüləri ilə düşərgədəki qruplar arasında toqquşma baş verib.

BMT-nin məlumatına görə hazırda bu düşərgədə 18 minədək fələstinli yaşayır.

İlk dəfə 1948-ci ildə İsrail-Ərəb müharibəsinin ardınca salınan “Yarmuk” düşərgəsi əslində Fələstin diasporasının qeyri-rəsmi paytaxtı sayılır.

Suriya müharibəsindən əvvəl bu düşərgədə 150 min insan yaşayırdı. Düşərgənin öz məsçidləri, məktəbləri və inzibati binaları var.

Son xəbərlər

Orphus sistemi