Hyustonda daşqınlardan sonra 3 mindən çox insan xilas edilib

Hyustonda daşqınlardan sonra 3 mindən çox insan xilas edilib Bir çox sakinlər öz evlərində kömək gözləyirlər
Digər ölkələr
29 Avqust , 2017 07:02
Hyustonda daşqınlardan sonra 3 mindən çox insan xilas edilib
Foto: Global Look Press/Zachary West

Bakı. 29 avqust. REPORT.AZ/ ABŞ-ın Hyuston şəhərində "Harvi" qasırğasının yaratdığı daşqınlardan sonra 3 mindən çox insan xilas edilib.

"Report" xəbər verir ki, bunu şəhər meri Silvestr Törner deyib.

Bildirilir ki, bir çox sakinlər öz evlərində kömək gözləyirlər. Hazırda hava qaraldığından xilasedicilərin zərərçəkmişlərin köməyinə getmələri çətinləşib. Xilasetmə işləri tam həcmdə səhər davam etdirilməlidir.

"Biz son səkkiz saat ərzində mindən çox adam xilas etmişik", - deyə şəhərin meri mətbuat konfransında bildirib.

Beləliklə xilas edilənlərin ümumi sayı 3 min nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi