Bakı. 26 yanvar. REPORT.AZ/ Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin oğlanları - Camal və Alaa həbsxanadan buraxılıb.
"Report" xarici kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, 2011-ci il inqilabından sonra onlar korrupisyada ittiham olunaraq 4 ilə yaxın həbsxanada saxlanılıblar.
Mübarəkin oğullarına həmin vaxt müvafiq olaraq 3-4 il iş kəsilmişdi. Vəkil müvəkkillərinə kəsilən cəza müddəti bitdiyindən məhkəmədən onların sərbəst buraxılmasını istəmişdi. Ötən həftə Qahirə Məhkəməsi də qardaşların həbsxanadan azadlığa buraxılması haqda qərar çıxarıb.
Xatırladaq ki, yanvarın 13-də qardaşların işi kassasiya məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən, işlərinə yenidən baxılanadək Camal və Alaa ev dustaqlığında saxlanılacaq.