Husilərin Qırmızı dənizdə vurduğu yük gəmisi batıb

Husilərin Qırmızı dənizdə vurduğu yük gəmisi batıb İyunun 12-də Yəmənin liman şəhəri Hudeyda sahillərində “Ansar Allah” hərəkatının husi qüvvələri tərəfindən hücuma məruz qalan gəmi Qırmızı dənizdə batıb.
Digər ölkələr
19 İyun , 2024 08:37
Husilərin Qırmızı dənizdə vurduğu yük gəmisi batıb

İyunun 12-də Yəmənin liman şəhəri Hudeyda sahillərində “Ansar Allah” hərəkatının husi qüvvələri tərəfindən hücuma məruz qalan gəmi Qırmızı dənizdə batıb.

“Report”un məlumatına görə, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Nəqliyyatı Koordinasiya Mərkəzi məlumat yayıb.

Gəminin vurulduğu ərazidə onun qalıqları və neft tapılıb. “Ambrey” dəniz təhlükəsizliyi şirkətinin məlumatına görə, sözügedən yük gəmisi Liberiya bayrağı altında Qırmızı dəniz vasitəsilə Hindistana gedən Yunanıstana məxsus “Tutor” yük gəmisidir.

Xatırladaq ki, iyunun 12-də gəmiyə hücum barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb. Nəticədə maşın otağı zədələnib və gəmidə böyük sızma yaranıb.

Bundan əvvəl Husi ordusunun sözçüsü Yəhya Saria, “Tutor” yük gəmisinin ciddi şəkildə zədələndiyini və batacağını söyləmişdi.

Son xəbərlər

Orphus sistemi