Norveçin baş naziri karantin qaydalarını pozduğuna görə cərimələnəcək

Norveçin baş naziri karantin qaydalarını pozduğuna görə cərimələnəcək Polis qaydaların pozulması barədə dəlilləri media məlumatlarından, eləcə də Sulberqin özünün dediklərindən əldə edib
Digər ölkələr
9 Aprel , 2021 14:28
Norveçin baş naziri karantin qaydalarını pozduğuna görə cərimələnəcək
Erna Sulberq

Norveçin Baş naziri Erna Sulberq 60 yaşını qeyd edərkən yoluxucu xəstəliklərə qarşı mübarizə haqqında qanunvericiliyi pozduğu üçün cərimələnəcək.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Sör-Öst polis dairəsinin nümayəndəsi Ole Severud bildirib.

“Sulberq 20 min norveç kronu (təxminən, 3 991 manat – red.) dəyərində cərimələnəcək”, - o deyib.

Polis qaydaların pozulması barədə dəlilləri media məlumatlarından, eləcə də Sulberqin özünün dediklərindən əldə edib.

Bu məlumatlara görə, fevralda baş nazirin ailəsi onun ad gününü qeyd etmək üçün iki dəfə toplanıb və pandemiya səbəbiylə mövcud məhdudiyyətlərə baxmayaraq hər iki dəfə şənlikdə 10-dan çox adam iştirak edib.

Son xəbərlər

Orphus sistemi