Bakı. 1 aprel. REPORT.AZ/ Honqkonqda yaşayış kompleksində yanğın baş verib.
"Report"un "RİA Novosti" istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Tyanşuvey rayonunda qeydə alınıb.
Yüzdən çox insan yaşayış kompleksindən təxliyə olunub, 12 nəfər isə tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanalara çatdırılıb.