Honkonqda nümayişlərlə bağlı xeyli təyyarə reysi ləğv olunub

Honkonqda nümayişlərlə bağlı xeyli təyyarə reysi ləğv olunub Honkonqun beynəlxalq hava limanında şəhərdəki ümumi tətillə və nümayişlərlə bağlı 100-dən çox təyyarə reysi ləğv olunub.
Digər ölkələr
5 Avqust , 2019 11:36
Honkonqda nümayişlərlə bağlı xeyli təyyarə reysi ləğv olunub
Reuters

Honkonqun beynəlxalq hava limanında şəhərdəki ümumi tətillə və nümayişlərlə bağlı 100-dən çox təyyarə reysi ləğv olunub.

“Report” CNN-ə istinadən xəbər verir ki, əsas etibarilə “Cathay Pacific” və “Hong Kong Airlines” şirkətlərin uçuşları ləğv olunub. Hava limanı rəhbərliyi sərnişinlərə yalnız uçuş təsdiqləndikdən sonra bilet almağı tövsiyə edib.

Xatırladaq ki, ötən həftənin sonunda yerli hökumət qarşısında irəli sürdükləri tələblərin yerinə yetirilməsinə nail olmaq üçün nümayişçilər yolları və tunnelləri bağlamış, avtobusların və rels nəqliyyatının fəaliyyətini pozmuşdular. Onlar indi şəhər sakinlərinin işgüzar məhəllələrdəki iş yerlərinə gediş-gəlişini əngəlləməyi nəzərdə tuturlar.

Son xəbərlər

Orphus sistemi