Honkonqun yüzə yaxın sakini təhlükəli infeksiyaya yoluxub
Digər ölkələr
- 05 oktyabr, 2024
- 05:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Honkonqda yüzə yaxın insan B qrupu streptokoklarının yaratdığı infeksiyaya yoluxub.
"Report"un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Çin Xalq Respublikasının Xüsusi İnzibati Bölgəsinin Səhiyyə Departamenti nəzdindəki Sağlamlığın Qorunması Mərkəzi məlumat yayıb.
Söhbət ST283 ştammına yoluxmadan gedir. Epidemioloji araşdırmanın nəticələri göstərib ki, 75 xəstə şirin su balıqları ilə təmasda olub.
Son məlumata görə, ümumilikdə 91 nəfər infeksiyaya yoluxub. Xəstəxanaya yerləşdirilən 43 xəstənin vəziyyəti stabildir, daha dördünün vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
Həkimlər dörd xəstənin həyatını xilas edə bilməyiblər, 40 nəfər isə xəstəxanadan buraxılıb.
Son xəbərlər
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.10.2026)
Maliyyə
09:00
Azərbaycanın minifutbol üzrə U-23 millisi bu gün Slovakiya ilə üz-üzə gələcək
Futbol
09:00
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (15.10.2026)
Maliyyə
08:58
Ceyhun Bayramov çinli həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib – yenilənib
Xarici siyasət
08:51
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Xarici siyasət
08:37
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
Ekologiya
08:35
ABŞ Rusiyanın "kölgə donanması"na qarşı sanksiyaları yumşaltmağı nəzərdən keçirir
Digər ölkələr
08:24
Bakının bir çox yollarında tıxac yaranıb
İnfrastruktur
08:04
Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq
Energetika