Honkonqda baş verən toqquşmalarda xəsarət alanların sayı artır - YENİLƏNİB

Digər ölkələr
  • 01 oktyabr, 2019
  • 12:54
Honkonqda baş verən toqquşmalarda xəsarət alanların sayı artır - YENİLƏNİB

Honkonqda bu gün nümayişçilərlə polis arasında baş verən qarşıdurmalar zamanı xəsarət alaraq xəstəxanalara yerləşdirilənlərin sayı 31-ə
çatıb.

“Report” RTHK televiziyasına istinadən xəbər verir ki, bunlardan biri ağır yaralanıb, daha ikisinin isə vəziyyəti ciddidir.

Həmin iki nəfərdən biri məktəblidir və döş nahiyəsindən gülə yarası aldığı güman edilir.


***15:29

Honkonqda polislə nümayişçilər arasında baş verən toqquşmalarda 15 nəfər xəsarət alıb.

“Report” yerli televiziyalara istinadən xəbər verir ki, yaralılar xəstəxanalara yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Bununla yanaşı, polis partlayıcı maddələrin hazırlanmasına şübhələr olduğu bir neçə məkan aşkarlayıb.

Bu gün şəhərdə baş verən qarşıdurmalar zamanı polis tərəfindən soyuq silah, dəyənək və s. qanunsuz məqsədlərlə istifadə oluna biləcək əşyalar saxlamaqda şübhəli bilinən 51 nəfər saxlanılıb, xeyli sayda müxtəlif təhlükəli əşya və alət müsadirə olunub.

Xatırladaq ki, bu gün Çin Kommunist Partiyasının hakimiyyətə gəlməsinin 70-ci ildönümü ilə bağlı Çinin xüsusi statuslu ərazisi olan Honkonqda kütləvi etiraz nümayişləri keçirilir.

44 - Tezliklə