Honkonqda keçirilən etiraz aksiyası zamanı bir neçə asayiş keşikçisi xəsarət alıb
Bu barədə "Report"
Qeyd edilir ki, toqquşmalar Şatin ərazisində baş verib. İğtişaşlar zamanı azı 11 polis əməkdaşı yaralanıb. Onlardan biri dişlənilib.
Nəşr bildirir ki, qarışıqlıqlarla əlaqədar 37 nəfər saxlanılıb.
Daha əvvəl minlərlə nümayişçi "Ekstradisiya haqqında qanun"a etiraz əlaməti olaraq Honkonq küçələrinə çıxıb. Yürüşlər Honkonqun Yeni və Şatin ərazilərində keçirilir.
