Honkonq polisi etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

Honkonq polisi etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib Honkonq polisi Kozuey Bey bölgəsində etiraz edən nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Digər ölkələr
2 Noyabr , 2019 15:11
Honkonq polisi etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib
AP Photo / Kin Cheung

Honkonq polisi Kozuey Bey bölgəsində etiraz edən nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə RTHK teleradio korporasiyası məlumat yayıb.

Honkonq Dairə Şurasına Demokratik Partiyadan olan 100-dən çox namizəd Viktoriya parkında seçicilərlə görüş təşkil edib. İğtişaşlarla mübarizə polisi qara bayraq qaldıraraq mitinqin razılaşdırılmadığını elan edib və kütləni dağılmağa çağırıb. Ardından polis gözyaşardıcı qazdan istifadə edib.

Bəzi namizədlər mitinq keçirmələrinə mane olmayacaqlarını ümid edərək polislə dialoqa girsələr də, bir qrup insan polislə qarşıdurmaya girib.

Son xəbərlər

Orphus sistemi