Honkonq metrosunda iğtişaşlara görə 40 nəfər saxlanılıb

Honkonq metrosunda iğtişaşlara görə 40 nəfər saxlanılıb Honkonq polisi metrodakı iğtişaşların 40 iştirakçısını saxlayıb.
Digər ölkələr
1 Sentyabr , 2019 03:54
Honkonq metrosunda iğtişaşlara görə 40 nəfər saxlanılıb

Honkonq polisi metrodakı iğtişaşların 40 iştirakçısını saxlayıb.

"Report"un məlumatına görə, bu barədə idarənin nümayəndəsinə istinadən RTHK bildirib.

Qeyd edilir ki, hüquq-mühafizə orqanlarının nümayəndələri aqressiv nümayişçilərə qarşı dəyənək və gözyaşardıcı qaz tətbiq ediblər.

"Polisin işinə mane olmaqda, qanunsuz yığıncaqlar maddi zərər vurulmasında şübhəli bilinən 40 nəfər saxlanılıb. Hüquq-mühafizə orqanlarının bəzi nümayəndələri qarışıqlıqların iştirakçılarına qarşı dəyənək və gözyaşardıcı qaz tətbiq ediblər", - deyə xəbərdə bildirilir.

Dünən isə xəbər verilib ki, Honkonqun SentralAdmiralti rayonlarında polislər su şırnaqları ilə etirazçıları dağıtmağa çalışır.

Orphus sistemi