Hondurasda etirazlar zamanı 1 nəfər ölüb, 20-si yaralanıb

Hondurasda etirazlar zamanı 1 nəfər ölüb, 20-si yaralanıb Yaralılar arasında 12 polis və hərbçi var
Digər ölkələr
2 Dekabr , 2017 00:42
Hondurasda etirazlar zamanı 1 nəfər ölüb, 20-si yaralanıb

Bakı. 2 dekabr. REPORT.AZ/ Hondurasda ötən bazar baş tutan prezident seçkilərinin yekun nəticələrinin açıqlanmaması ilə əlaqədar keçirilən etirazlar zamanı azı 1 nəfər ölüb, daha 20-si yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, Ali Seçki Məhkəməsinin son məlumatlarına görə, bülletenlərin 94,33 faizinin hesablanmasından sonra hazırkı prezident Xuan Orlando Ernandes 42,92 faiz səslə liderlik edir.

Onun müxalifətdən olan rəqibi Salvador Nasralla hələ ki, səslərin 41,42 faizini toplayıb. Namizədə qələbə üçün sadə səs çoxluğu lazımdır.

"Financiero" portalının məlumatına görə, müxalifətin etirazları nəticəsində La-Seyba şəhərində bir nəfər öldürülüb. Yaralılar arasında 12 polis və hərbçi var.

Son xəbərlər

Orphus sistemi