Yuxarı

Hollandiyada məscidə hücum cəhdi olub

Naməlum şəxslər bir sprey qabını yandıraraq məscidin qapısına atıblar

Bakı. 8 yanvar. REPORT.AZ/ Bu gün Hollandiyanın Vlaardingen şəhərində əl-Hicra məscidinə hücum cəhdi olub.

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, naməlum şəxslər bir sprey qabını yandıraraq məscidin qapısına atıblar. Təhlükəsizlik kameraları tərəfindən də qeydə alınan hücum zamanı məscidə heç bir zərər dəyməyib.

Məsciddə heç kimsənin olmadığı vaxt həyata keçirilən hücumla bağlı polisə şikayət edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi