Hollandiya XİN başçısı Hələbdəki vəziyyətlə əlaqədar Rusiya və İran səfirləri ilə görüşüb

Digər ölkələr
  • 14 dekabr, 2016
  • 10:55
Hollandiya XİN başçısı Hələbdəki vəziyyətlə əlaqədar Rusiya və İran səfirləri ilə görüşüb

Bakı. 14 dekabr. REPORT.AZ/ Hollandiyanın xarici işlər naziri Bert Kunders Hələb şərqindəki vəziyyətlə əlaqədar Rusiya və İran səfirləri ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində məlumat verilib.

Görüş zamanı B.Kunders Hələbdə yaranmış vəziyyəti qətiyyətlə pisləyib və şəhərdə təxliyyə işlərinin aparılmasının təmin edilməsinin zəruriliyini bildirib.