Yuxarı
    Bağlamaq

    Hindistanın xüsusi xidmət orqanları hava limanlarında terror təhlükəsi barədə xəbərdarlıq edib

    Bu ehtimal ölkənin 20-dən çox aeroportuna aiddir

    Bakı. 7 oktyabr. REPORT.AZ/ Hindistanın xüsusi xidmət orqanları ölkənin hava limanlarında terror aktının mümkünlüyü barədə xəbərdarlıq ediblər.

    "Report" xəbər verir ki, bu barədə "NDTV" telekanalı məlumat yayıb.

    Məlumata görə, bu ehtimal ölkə paytaxtının Nyu Dehli hava limanı da daxil olmaqla, ölkənin 20-dən çox aeroportuna aiddir.

    Xəbərdə bildirilir ki, söhbət Cammu, Pəncab, Racəstan, Qudjarat və Kaşmir ştatlarındakı 22 hava limanından gedir. Bu regionların hər biri son günlər münasibətlərdə növbəti gərginliyin yaşandığı Pakistanla sərhəddir.

    Xüsusi xidmət orqanlarının xəbərdarlığından sonra hava limanlarında təhlükəsizlik tədbirləri və nəzarət gücləndirilib. Qeyd edək ki, iki ölkənin münasibətlərində gərginlik sentyabrın 29-a keçən gecə baş vermiş hadisələrlə əlaqədar yüksək zirvəyə çatıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi