Hindistanın cənubunda tüğyan edən fırtınada 20 nəfər ölüb

Hindistanın cənubunda tüğyan edən fırtınada 20 nəfər ölüb Təxminən daha 100 nəfər itkin düşüb
Digər ölkələr
4 Dekabr , 2017 11:34
Hindistanın cənubunda tüğyan edən fırtınada 20 nəfər ölüb
AP Photo / Anupam Nath

Bakı. 4 dekabr. REPORT.AZ/ Hindistanın cənub-qərb bölgəsində tüğyan edən "Okha" tropik siklonu nəticəsində 20 nəfər ölüb, 100-dən çox adam yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Tamil Nadu ştatının Fövqəladə Hallar İdarəsindən bildirilib.

Məlumata görə, təxminən daha 100 nəfər itkin düşüb.

Xilasedicilərin verdiyi informasiyaya görə, fırtına Tamil Nadu ştatında 70-dən çox evi tamamilə dağıdıb, üstəlik, 1000-dən çox evə zərər dəyib.

Son bir neçə gündə, təqribən, 700 nəfər xilas edilib.

Son xəbərlər

Orphus sistemi