Hindistanda zavodda yanğın olub, ölənlər var

Hindistanda zavodda yanğın olub, ölənlər var Dezinfeksiyaedici maddələr istehsal edən müəssisədə yanğın başlayarkən 37 nəfər çalışırmış, onlardan 20-si xilas edilib
Digər ölkələr
109
7 İyun , 2021 19:29
Hindistanda zavodda yanğın olub, ölənlər var
0 : 00
0 : 00

Hindistanın Puna şəhəri yaxınlığındakı sənaye zonasında yerləşən kimya zavodunda baş verən yanğında azı 14 nəfər ölüb, bir neçəsi itkin düşüb.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Məlumata görə, dezinfeksiyaedici maddələr istehsal edən müəssisədə yanğın başlayarkən 37 nəfər çalışırmış, onlardan 20-si xilas edilib.

İlkin məlumata görə, yanğına qısaqapanma səbəb olub.

Hindistanın baş naziri Narendra Modi yanğında insan itkisinin olmasına kədərləndiyini söyləyib və ölənlərin ailələrinə başsağlığı verib.

Son xəbərlər

Orphus sistemi