Hindistanda yoluxanların sayı 22 296 414 nəfərə çatıb

Hindistanda yoluxanların sayı 22 296 414 nəfərə çatıb Məlumatı Hindistanın Səhiyyə Nazirliyi yayıb
Digər ölkələr
9 May , 2021 10:55
Hindistanda yoluxanların sayı 22 296 414 nəfərə çatıb

Hindistanda son sutkada 403 738 nəfər yoluxub, 4 092 nəfər ölüb.

“Report” xəbər verir ki, məlumatı Hindistanın Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, son 4 sutkada yoluxanların sayı 400 mindən çoxdur. Mayın 6-da 412 262, mayın 7-də 414 188, mayın 8-də isə 401 078 nəfərin yoluxduğu qeydə alınıb.

Ölkə üzrə ümumilikdə 242 362 nəfər pandemiyanın qurbanı olub. Əhalisi 1 milyard 360 milyon olan ölkədə ümumi yoluxanların sayı 22 296 414 nəfər yüksəlib. Koronavirusdan sağalanların sayı 8 317 404 nəfərə yüksəlib. Hazırda 3 736 648 pasiyentin müalicə olunduğu bildirilib.

Son xəbərlər

Orphus sistemi