Hindistanda yol qəzasında 18 nəfər həlak olub, onlarla xəsarət alan var

Hindistanda yol qəzasında 18 nəfər həlak olub, onlarla xəsarət alan var Hindistanın şimalında Barabanki (Uttar-Pradeş ştatı) şəhərində sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində azı 18 nəfər həlak olub.
Digər ölkələr
28 İyul , 2021 08:05
Hindistanda yol qəzasında 18 nəfər həlak olub, onlarla xəsarət alan var

Hindistanın şimalında Barabanki (Uttar-Pradeş ştatı) şəhərində sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində azı 18 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə polisə istinadən Hindustan Times” qəzeti bildirib.

Qəzetin məlumatına görə, hadisə çərşənbə gününə keçən gecə olub. Qəza zamanı daha 19 insan xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Qəzadan əvvəl avtobusun sürücüsü sərnişinlərə nəqliyyat vasitəsində nasazlığın baş verməsi barədə xəbərdarlıq edib, bundan sonra bir neçə nəfər nəqliyyat vasitəsini tərk edib. Avtobus dayandıqdan sonra yüksək sürətlə hərəkət edən yük maşını onunla toqquşub.

Son xəbərlər

Orphus sistemi