Yuxarı

​Hindistanda yol qəzasında 17 nəfər ölüb

Ölənlərin 12-si qadın, 5 nəfəri isə uşaqdır

Bakı. 14 İyun. REPORT.AZ/ Hindistanın Uttar-Pradeş ştatında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 17 nəfər ölüb, daha 30 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli "The İndian Express" qəzeti öz internet səhifəsində yazıb.

Qəza Xarçandpur kəndi yaxınlığında qeydə alınıb. Yük maşını qoşqusunda zəvvarların olduğu iki traktoru taranlayıb. Ölənlərin 12-si qadın, 5 nəfəri isə uşaqdır. Bütün zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara yerləşdirilib, onların bəzilərinin vəziyyəti ağırdır.

İlkin məlumatlara görə, qəzaya yük avtomobili sürücüsünün sürət həddini aşması səbəb olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi