Hindistanda yol qəzası olub, 9 nəfər ölüb, 27 nəfər yaralanıb

Digər ölkələr
  • 07 oktyabr, 2021
  • 05:59
Hindistanda yol qəzası olub, 9 nəfər ölüb, 27 nəfər yaralanıb

Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatında yük avtomobili ilə sərnişin avtobusunun toqquşması nəticəsində 9 nəfər ölüb, 27 nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “Hindustan Times” qəzeti yayıb.

Bildirilib ki, hadisə oktyabrın 7-də səhər saatlarında baş verib. Yaralıların 5-nin vəziyyəti ağırdır. Hadisə yerində polis araşdırma aparır.

44 filmi