Yuxarı
    Bağlamaq

    Hindistanda xəstəxanada baş vermiş yanğında 22 nəfər ölüb

    Yanğın hazırda davam edir

    Bakı. 17 oktyabr. REPORT.AZ/ Hindistanda xəstəxanada baş vermiş yanğın zamanı 22 nəfər ölüb.

    "Report"un məlumatına bu barədə "Catch News" xəbər yayıb.

    Məlumata görə, hadisə Odişa ştatının paytaxtı Bxubaneşvarda baş verib. Hadisəyə səbəb qısaqapanma olub.

    Ağır vəziyyətdə olan xəstələrin çoxu digər xəstəxanalara köçürülüb. Yerli hakimiyyət orqanlarıl ölənlərin sayının artacağını istisna etmirlər. 

    Zərər çəkənlərin dəqiq sayı hələlik məlum deyil.

    Yanğın hazırda davam edir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi